Türkiyədə 55,2 faiz inflyasiya olduğu açıqlandı

3-03-2023, 13:35           
Türkiyədə 55,2 faiz inflyasiya olduğu açıqlandı
Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə istehlakçı qiymətləri indeksini açıqlayıb.
FED.az xəbər verir ki, istehlak qiymətləri indeksi (İQİ) illik 55,18%, aylıq 3,15% təşkil edib.

2023-cü ilin fevral ayında istehkakçı qiymətləri indeksi dəyişməsi əvvəlki ayla müqayisədə 3,15%, əvvəlki ilin dekabr ayına nisbətən 10,00%, əvvəlki ilin eyni ayına görə 55,18%, və on iki aylıq orta göstəricilərə görə 71.83% təşkil edib. .

Bloomberg HT sorğusuna qatılan qurumların gözləntiləri fevral ayında illik inflyasiyanın 55,3 faiz olacağı idi.

Aylıq əsasda qiymətlərin 3,3 faiz artacağı gözlənilirdi.
İstehsalçı qiymətləri üçün göstərici olan topdansatış qiymətlərində aylıq 2,38 faiz; İllik artım isə 78,69 faiz təşkil edib.

Fevral ayında bir əvvəlki aya nisbətən ən çox artım qeydə alınan əsas qrup 7,36 faiz ilə qida və spirtsiz içkilər olub. Yeməkdən sonra 5,69 faizlə təhsil, 4,07 faizlə restoran və otellər gəlir.

Fevralda geyim qrupunda qiymətlər 1,76 faiz; spirtli içkilər və tütün məmulatları 0,43 faiz azalıb.

İllik əsasda ən yüksək artım 74,34 faiz ilə restoran və otellərdə qeydə alınıb. Fevralda sağlamlıq qrupunda səhiyyə xidmətləri ilə bağlı qiymətlərin illik artımı faiz 70,08; qida və alkoqolsuz içkilər üzrə isə 69,33 faiz təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.