“İYİ Partiya” “Altılı masa”nı tərk edib.

3-03-2023, 17:27           
“İYİ Partiya” “Altılı masa”nı tərk edib.
Bu barədə partiyanın sədri Meral Akşener bu gün keçirdiyi brifinqdə bildirib.

Akşener qeyd edib ki, prezidentliyə vahid namizəd məsələsində razılıq əldə edilməyib və partiyası CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləməyə məcbur edilib.

O, buna boyun əyməyəcəklərini deyərək “Altılı masa”nı tərk etdiklərini bəyan edib.

Akşener Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini dəstəklədiyini, lakin “Altılı masa”nın bunu yekdilliklə rədd etdiyini vurğulayıb. “İyi Partiya”dan başqa yerdə qalan 5 partiya CHP liderinin namizədliyini dəstəkləyib. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru