Kərkükdə terror – Türkmən Cəbhəsinin fəalı sui-qəsdin qurbanı olub

4-03-2023, 00:07           
Kərkükdə terror –
Kərkükdə terror – Türkmən Cəbhəsinin fəalı sui-qəsdin qurbanı olub

“Anadolu Agentliyi” xəbər verir ki, İraq Türkmən Cəbhəsinin (İTC) Təhlükəsizlik İdarəsinin keçmiş başçısı, istefada olan Əhməd Tahir sui-qəsdin qurbanı olub.

İTC-nin rəhbəri Həsən Turan bildirib ki, Əhməd Tahir onun avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində şəhid olub.

Turan deyib: “Tahir öz əzmi və sədaqəti ilə bizim mübarizəmizə öz töfhəsini verib. Belə bir mühüm şəxsin yoxluğu – bizim üçün böyük itkidir”.

O, İraqın Baş nazirini və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanını “alçaq və xain” cinayətin təşkilatçılarını aşkara çıxarıb dərhal məsuliyyətə cəlb eləməyə çağırıb. Tahir Əhmədin dəfn mərasimi Kərkük şəhərində keçiriləcək.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru