Hatayda zəlzələlərin təsir etmədiyi tarixi dağ şəhəri insanların köç etdiyi əsas bölgəyə çevrildi - FOTO

4-03-2023, 11:17           
Hatayda zəlzələlərin təsir etmədiyi tarixi dağ şəhəri insanların köç etdiyi əsas bölgəyə çevrildi - FOTO
Hatayın tarixi şəhəri olan Belendə zəlzələdən sonra çoxəsrlik tikililərə heç bir ziyan dəyməməsi diqqətdən qaçmayıb.

Nəticədə vətəndaşlar qayalıq zəmində inşa edilən şəhərdə daşınmaz əmlak axtarışına çıxıblar.

Kahramanmaraşda baş verən zəlzələlər Hatayın bir çox rayonunda dağıntılara səbəb olsa da, torpaqlarının 85%-i dağlardan ibarət olan Belen şəhərinə təsir etməyib. Şəhərdə 3 məhəllənin olduğu ən qədim yaşayış məntəqəsindəki tikililər zəlzələdən sağ çıxıb.

Bir əsrdən çox yaşı olan tikililərin böyük zəlzələlər nəticəsində xəsarət almaması diqqət cəlb edib. Üç məhəllədə heç bir dağıntının baş verməməsi onun qayalıq ərazidə salınması ilə əlaqələndirilir.

Amanos dağlarında qurulan şəhər zəlzələlərdən sonra insanların köç etdiyi ilk dayanacaq olub. Şəhərin təhlükəsiz olduğu qənaətinə gələn vətəndaşlar Belendə məskunlaşmağa başlayıblar.

İskenderundakı evini tərk edərək Belendəki bağ evinə köçən sakinlərdən biri buranın Hatay bölgəsində ən etibarlı yer olduğunu deyib.

“Qayaların üstündə olduğu üçün heç bir problemimiz yoxdur. Zəlzələləri də çox hiss etmirik. Buradakı evlərin heç biri xəsarət almayıb. Çoxu 60-70 illik evlərdir, heç bir cızıq belə yoxdur. Təhlükəsiz yatırıq”, - deyə o qeyd edib.




Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru