"6-lı Masa" Akşenersiz toplandı, yeni bəyanat verildi - 4.5 saatlıq müzakirədən sonra yeni mesaj verildi

5-03-2023, 10:04           
"6-lı Masa" Akşenersiz toplandı, yeni bəyanat verildi - 4.5 saatlıq müzakirədən sonra yeni mesaj verildi
İYİ Partiya sədri Meral Akşenerin "6-lı Masa"dan ayrılmasının ardından son vəziyyəti müzakirə etmək üçün bir araya gələn 5 müxalif partiya (CHP Səadət, DEVA, Gələcək və DP) liderinin görüşü başa çatıb.

Mia.az xəbər verir ki, Səadət Partiyasının qərargahında 4.5 saat sürən toplantıdan sonra birgə bəyanat verilib.

"Heç kimin ürəyini qırmadan yolumuza davam edəcəyik. Məqsədimiz zəfərdir" vurğusunun əsas yer aldığı bəyanatda eyni prinsip və məqsədlə yola davam ediləcəyi bildirilib:

"Millət ittifaqı olaraq bu gün Səadət Partiyasının ev sahibliyi ilə bir araya gəldik. Ölkəmizin bütün təbəqələrinin ən geniş spektrdə təmsil olunduğu və millətimizin özünün olduğu birliyimiz bu gün də eyni istiqamətdə, eyni hədəfə doğru fəaliyyətini əzmlə davam etdirir...

Biz yola çıxdığımız ilk gündən ortaq ağıl, məsləhətləşmə və konsensusla bir prosesi həyata keçiririk. Yeni bir dövrün başlanğıcında olduğumuzun fərqindəyik. Biz bu torpaqlarda ümidləri yenidən alovlandıracaq və gözəl ölkəmizdə insan ləyaqətinə uyğun həyat şəraiti yaradacağıq.

Keçmişdə ilişib qalmadan “Sabahın Türkiyəsi”ni qurmaq və dirçəltmək əzmindəyik! 85 milyonluq xalqımızdan heç kimi kənarda qoymadan, heç kimin qəlbini qırmadan, etibarını itirmədən yolumuza davam edəcəyik. Məqsədimiz sözsüz ki, qələbədir".

Bəyanatda daha sonra martın 6-da Səadət Partiyasının qərargahında toplanaraq 28-ci dəfə keçiriləcək parlament və 13-cü Prezident seçkilərində cahid namizədlərinin açıqlanacağı qeyd edilib.

Xatırladaq ki, ötən toplantıda İYİ partiya lideri iclasda Kamal Kılıçdaroğlunun namizədliyinin önə çıxmasına etiraz edərək, sərt bəyanatlar verib. Lakin İYİ pariya "6-lı Masa"dan ayrılmayacaqlarını deyib.

Bu gün isə 5 aprtiya liderinin Akşenersiz toplanması, yəni onu toplantıya dəvət etməmələrindən sonra isə İYİ partiya düşrəgəsindən fərlqi açıqlamalar verilib. Bildirilib ki, İYİ partiya masanı tərk etməyib, bugünkü iclasa dəvət olunmaması ilə "6-lı Masa"dan uzaqlaşdırlıb.

Onu da qeyd edək ki, Akşenerin dünənki sensasiyalı açıqlamalarından sonra Kamal Kılıçdaroğlu çox qısa şəkildə "narahat olmayın, daşlar yerinə oturacaq" mesajını verib.

Bəzi ekspertlər isə onun kürdlərin partiyası HDP və digər daha bir neçə partiya ilə də anlaşacağını iddia etməyə başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.