Muharrem İnce seçkilərdə tək iştirak edəcək

6-03-2023, 09:44           
Muharrem İnce seçkilərdə tək iştirak edəcək
Türkiyənin Məmləkət Partiyasının sədri, bundan əvvəlki seçkilərdə CHP-nin prezident postuna namizədi olmuş Muharrem İnce partiyasının seçkilərə hər hansı ittifaq tərkibində deyil, təkbaşına gedəcəyini bildirib.

O, namizədin partiya üzvləri tərəfindən müəyyən ediləcəyini deyib.

İnce namizədin mart ayının 12-də müəyyən ediləcəyini söyləyib.

Bundan əvvəl o, özünün namizəd olacağını açıqlamışdı.

Ötən il Məmləkət Partiyası Zəfər Partiyası, Doğru Partiyası, Milli Yol Partiyası və Ədalət Partiyası ilə seçki ittifaqı üçün danışıqlar aparıb, ancaq heç bir nəticə əldə edə bilməyib. Fevral ayının sonu Zəfər Partiyasının sədri Ümit Özdağ Məmləkət Partiyası ilə ittifaq quracağını, namizədin İnce olacağını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.