Akşener Ərdoğan və Baxçalıya da YOX DEDİ

6-03-2023, 10:34           
Akşener Ərdoğan və Baxçalıya da YOX DEDİ
Türkiyənin müxalifət koalisiyasından ayrıldığını açıqlayan Meral Akşenerin rəhbərlik etdiyi İYİ partiya hakim siyasi qüvvələrə qoşulmayacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə partiya sədrinin müşavirləri Turhan Çömez, Birol Aydemir, Ahmet Eşref Fakıbaba, Buğra Kavuncu və Aytun Çıray birgə məlumat yayıb.

Bildirilib ki, partiya AKP və MHP-nin yaratdığı Cumhur İttifaqına qoşulmayacaq. Bundan əvvəl İttifaqda təmsil olunan partiyaların bir sıra rəsmiləri Akşeneri hakim siyasi qüvvələrə qoşulmağa çağırıb.

Xatırladaq ki, “Altılı masa” adlandırılan siyasi blok vahid namizəd mövzusunda razılıq əldə edə bilməyib və İYİ partiya blokdan çıxdığını açıqlayıb. Partiya lideri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə razı olmayıb. O, İstanbul və Ankara şəhərindən birinin merinin namizədliyini irəli sürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru