Kılıçdaroğlunun prezident seçkilərindəki namizədliyi nəhayət elan olundu

6-03-2023, 22:19           
Kılıçdaroğlunun prezident seçkilərindəki namizədliyi nəhayət elan olundu
Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu “Millət” koalisiyasının prezident seçkilərindəki namizədi olacaq.

“Report” xəbər verir ki, parlament respublikası sisteminə keçidi vəd edən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyası Millət koalisiyası çətiri altında bir araya gəlib Səadət Partiyasının ev sahibliyi altında toplaşaraq prezidentliyə namizədini açıqlayıb.

Saat 14.00-da başlaması planlaşdırılan “Millət” koalisiyasının liderlərinin toplantısı Meral Akşenerin qərarını gözlədiyi üçün təxminən 2 saat ertələnib.

Millət koalisiyası Səadət Partiyasının mərkəzi binası qarşısında edilən açıqlama ilə prezidentliyə namizədini elan etmiş olub. Beləliklə, müxalifətin seçkilərdəki namizədi Kemal Kılıçdaroğlu olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.