Türkiyədə seçkilər: Kimin nə şansı var?

7-03-2023, 10:04           
Türkiyədə seçkilər:
“Altılı masa” Akşənərin dönüşündən sonra Kamal Kılıçdaroğlunu vahid namizəd seçdi. Bu seçimin nə qədər uğurlu olması mübahisəlidir, çünki CHP-lilər arasında belə onun qalib gələcəyinə şübhə ilə yanaşanlar, Mansur Yavaş və ya Əkrəm İmamoğlunu gələcək lider olaraq görənlər var. Akşənərin Yavaş və İmamoğlu şərti ilə masaya qayıtması da əslində Kamalın bir lider kimi nüfuzuna zərər vuran amildir.
Ərdoğan iqtisadi problemlər, zəlzələ və uzun müddət hakimiyyətdə olma ilə nə qədər “qan itirsə” də Kılıçdaroğluna məğlub olacağı ehtimalı zəif görünür, daha doğrusu, mövcud şəraitin hakimiyyətə gəlmək imkanı yaratmasına baxmayaraq, Kılıçdaroğlunun namizədliyi müxalifətin şansını azaldır.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru