Türkiyədə məşhur zəlzələ mütəxəssisi təhlükəli zonada yaşayırmış

7-03-2023, 11:10           
Türkiyədə məşhur zəlzələ mütəxəssisi təhlükəli zonada yaşayırmış
Türkiyədə axtarış-xlasetmə dəstələri hələ də zəlzələ zonasında iş aparır. Eyni zamanda, mediada yeni təbii fəlakət ehtimalı ciddi müzakirə olunur. Verilişlərdə daha çox ekologiya mütəxəssisləri Celal Şengör və Naci Görür gözə dəyir. Hər ikisi yaxın gələcəkdə Türkiyədə zəlzələ baş verəcəyinə əmindir. Naci Görürün bir çox ehtimallarının doğru çıxması hamını təəccübləndirir.

Bizimyol.info xəbər verir ki, Türkiyənin bir çox yerlərində binaların zəlzələyə davamlılığını yoxlamağa başlayıblar. Xeyli dözümsüz tikililərin olduğu üzə çıxıb. Ortaya çıxan suallardan biri odur ki, görəsən Türkiyənin son bir ayda xüsusilə məşhurlaşmış ekologiya mütəxəssisləri nə dərəcədə keyfiyyətli binalarda yaşayırlar. Araşdırma maraqlı nüansları ortaya çıxarıb.

Adı çəkilən hər iki mütəxəssis İstanbulda yaşayır. Nacir Görür təkcə dəqiq proqnozlar vermir, həm də işini ehtiyatlı tutub. Professor şəhərin zəlzələyə davamlılıq baxımından çox təhlükəsiz yeri sayılan Sarıyerdə yaşayış nöqtəsi seçib. Naci Görürün ailəsi ilə yaşadığı bina “lojman” adlanır. Daha çox yataqxana formatına yaxındır. Yəni professor aylıq cüzi məbləğ ödəməklə burada məskunlaşıb.

Sarıyerdəki həmin binalar meşə massivində yerləşir. Orada 1983-cü ilə tarixli “İctimai mənzil qanunu”na ciddi əməl olunduğu bildirilir. İlk bloklar 1986-cü ildə tikilib. Amma Naci Görürün yaşadığı bina 1999-cu ildə təhvil verilib.

Təəssüf ki, Celal Şengör danışdıqlarına özü doğru-düzgün əməl etməyib. O, Yeşilköydə mənzil seçib. Bura isə zəlzələyə davamlılıq baxımından təhlükəli yer hesab olunur. Deyilənə görə, Celal Şengör illərdir ailəsini Yeşilköydən köçməyə razı sala bilmir. Hətta Naci görür televiziya verilişlərinin birində bunu dilə gətirmişdi. O, “Celal Şengör məndən inciməsin” ifadəsini əlavə etməklə həqiqəti demişdi. Naci Görürün bildirdiyinə görə, həmkarının əlindən təkcə yaşadığı binanı polad konstruksiyalarla gücləndirməyə çatıb. Amma Celal Şengörün istənilən halda durumdan narahat olduğu deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.