Türkiyədə Qara dəniz qazının tədarükü təxirə salına bilər

8-03-2023, 10:25           
Türkiyədə Qara dəniz qazının tədarükü təxirə salına bilər
Türkiyənin energetika naziri Fatih Dönməz Sakarya Qara dəniz yatağından ölkə istehlakçılarına təbii qazın verilişinin aprel ayına qədər təxirə salınacağını istisna etməyib.

O, çərşənbə axşamı jurnalistlərə bildirib ki, bu, layihənin həyata keçirilməsində iştirak edən işçilərin bəzilərinin fevral ayında Türkiyənin cənub-şərqində dağıdıcı zəlzələlərin baş verdiyi ərazilərdə ailələri ilə birlikdə olması ilə əlaqədardır.

“Qara dənizin yeni yatağından qaz tədarükünün başlanması qrafikindən bir qədər kənara çıxma ola bilər, çünki layihələndirmə işlərində iştirak edən personalın bir hissəsi ailələri ilə birlikdə fəlakət zonasında qalmağa məcbur olub. İşçilərin bəziləri Artıq geri qayıtmağa başlayıb. Çox güman ki, qazın tədarükü aprel ayınadək təxirə salınacaq”, - deyə Dönməz bildirib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti daha əvvəl Sakarya yatağından qazın istehlakçılara martın sonunda verilməyə başlayacağını bildirmişdi. Bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən çox olduğu deyilir.

Mənbə: Kamugündemi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.