Türkiyədə növbəti dəfə zəlzələ olub

9-03-2023, 10:13           
Türkiyədə növbəti dəfə zəlzələ olub
Türkiyənin Samsun şəhərində 3.8 bal gücündə zəlzələ baş verib.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD və Kandilli Rəsədxanası məlumat yayıb.

Zəlzələnin yerli vaxtla 08:01-də Bafra mahalından 90 km məsafədə meydana gəldiyi bildirilir.
AFAD zəlzələnin yerin 14.1, Kandilli Rəsədxanası isə 18.1 km dərinliyində olduğunu açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 2 güclü zəlzələnin baş verməsindən sonra bu ölkədə tez-tez afterşoklar qeydə alınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru