İsveç və Finlandiya yalnız bu halda NATO-ya daxil ola bilər

9-03-2023, 21:33           
İsveç və Finlandiya yalnız bu halda NATO-ya daxil ola bilər
Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olması haqqında sazişi yalnız üçtərəfli memorandum yerinə yetirildiyi təqdirdə ratifikasiya etməyə razıdır.

Publika.az xəbər verir ki, bu şərti Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın TRT telekanalının efirində səsləndirib.

“Biz yalnız üçtərəfli sazişin tam icrasını gözləyirik. Bu istiqamətdə müsbət addımlar atırlar. Biz bu prosesi izləməyə davam edəcəyik”, - prezident sözçüsü bildirib.

Qeyd edək ki, Finlandiyanın müdafiə naziri Antti Kaykkönen Macarıstan və Türkiyənin bu ölkənin NATO-ya üzvlüyünü ratifikasiyasının iyulda Vilnüsdə keçirilməsi planlaşdırılan sammitə qədər baş tutacağını açıqlamışdı. "Mən deyərdim ki, finiş xətti artıq göz qabağındadır, amma bəlkə də hələ bir az səbrə ehtiyacımız var", - müdafiə naziri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru