Zəlzələ zamanı Türkiyədə İpək Yolu üzərində yerləşən tarixi körpü dağılıb - FOTO

11-03-2023, 09:05           
Zəlzələ zamanı Türkiyədə İpək Yolu üzərində yerləşən tarixi körpü dağılıb - FOTO
Türkiyənin Adıyaman şəhərinin Tut rayonunda yerləşən tarixi Vicina körpüsü Kahramanmaraş zəlzələləri nəticəsində dağılıb.

Göksu çayı üzərində inşa edilən Vicina körpüsü ticarət məqsədli istifadə edilən məşhur İpək Yolu üzərində yerləşir.

Tarixi mənbələrə görə, Osmanlı dövründə tikilən və 18-ci əsrə aid edilən körpü iki tağdan ibarətdir. Uzunluğu 47,5 metr, eni 5,5 metr, hündürlüyü 10,5 metr olan körpünün böyük tağı zəlzələ nəticəsində tamamilə dağılıb. Mədəni sərvət kimi qeydə alınan körpünün yeganə kiçik tağı zəlzələdən sağ çıxıb. Kəndlilər ağaclardan körpüyə keçid yolu düzəldiblər.

Kənd sakinləri körpünün yenidən bərpa olunmasını istəyirlər. “İllərə meydan oxuyan və İpək Yolu üzərində yerləşən bu körpümüzün 18-ci əsrdə Osmanlı dövründə tikildiyi təxmin edilir. O, fevralın 6-da zəlzələ zamanı dağıldı. Bu hadisə bizi çox kədərləndirdi. Dövlət ağsaqqallarımızdan bununla bağlı dəstək gözləyirik. Körpünün bərpa olunmasını istəyirik”, - deyə kənd sakinlərindən biri qeyd edib.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.