Türkiyənin ilk elektromobili kütləvi satışa çıxarılır

12-03-2023, 10:24           
Türkiyənin ilk elektromobili kütləvi satışa çıxarılır
Türkiyənin ilk elektromobili olan TOGG bu həftə satışa çıxarılacaq.

Bunu ölkənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kaçır bəyan edib.

“Allahın izni ilə Türkiyənin TOGG avtomobili bu həftə satışa çıxarılacaq. O, önümüzdəki günlərdə xalqımızın ixtiyarına veriləcək”, - deyə Kaçır bildirib.

O qeyd edib ki, artıq Türkiyə öz bölgəsinin parlaq istehsal bazasına çevrilib. Bu gün ölkə Avropanın dördüncü, dünyanın isə 14-cü ən böyük avtomobil istehsalçısıdır.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru