Yaponiya Türkiyəyə humanitar yüklərin çatdırılmasında NATO-ya kömək edəcək

14-03-2023, 11:23           
Yaponiya Türkiyəyə humanitar yüklərin çatdırılmasında NATO-ya kömək edəcək
Yaponiya hakimiyyəti NATO ölkələrinə zəlzələlərdən əziyyət çəkən Türkiyəyə humanitar yüklərin çatdırılmasında kömək etmək üçün Özünümüdafiə Qüvvələrinə məxsus təyyarə göndərmək qərarına gəlib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Qeyd olunub ki, təyyarə çərşənbə axşamı Pakistana uçacaq, Türkiyəyə çatdırılması lazım olan humanitar yardım partiyası oradadır. Bundan əlavə, Yaponiya hakimiyyəti zəlzələlərin nəticələrinin aradan qaldırılması ilə bağlı bilik və təcrübələrini NATO ilə bölüşmək niyyətindədir.

Yaponiya bundan əvvəl də Türkiyəyə həkimlər və xilasedicilərdən ibarət qrup, həmçinin bir neçə humanitar yardım təyyarəsi göndərib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.