Türkiyədə turisti qarət edən iranlı "polis"lər saxlanıldı - VİDEO

14-03-2023, 18:17           
Türkiyədə turisti qarət edən iranlı "polis"lər saxlanıldı - VİDEO
Türkiyədə iranlı dələduzlar saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhərində Fateh Memar Kəmaləddin məhəlləsi Turanlı küçəsində baş verib. Özlərini polis kimi təqdim edən iranlı 35 yaşlı Toosı. M, 22 yaşlı Mehran. M və 18 yaşlı Satar. S saxlanılıb. Məlumata görə, onlar küçədə gəzən seneqallı turist İ. F-yə avtomobillə yaxınlaşaraq, özlərini polis kimi təqdim ediblər. Turistlə bir neçə dəqiqə söhbətdən sonra iranlılar onun 2622 dollar və 17 min lirə pullarını götürərək, qaçıblar. Bu zaman avtomobildən sallaq qalan turist bir neçə metr sürüklənib.

Cinayətkarlar Beylikdüzündə saxlanılaraq, həbs ediliblər. Onların daha bir neçə anoloji əməlləri üzə çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.