Mersində zəlzələ əhalini təşvişə saldı 17-03-2023, 08:29 Axşam saatlarında Türkiyənin Mersin vilayətində zəlzələ baş verib.Bu barədə AFAD məlumat yayıb.Məlumata görə, yeraltı təkanlar Aralıq dənizinin Mersin Körfəzi - Mersin Erdemli bölgəsində qeydə alınıb.Bildirilib ki, zəlzələnin gücü 4,3 bal təşkil edib, ocağı isə 16,04 kilometr dərinlikdə olub.Yeraltı təkanlar yerli əhali arasında təşviş yaradıb.Mənbə: Haber Global Facebook-da paylaş