TÜRK MÜDAFİƏ SƏNAYESİNİN NÖVBƏTİ UĞURU - İlk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxdı + FOTOLAR 18-03-2023, 08:26 Türkiyənin ilk qırıcısı Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxıb.“Report” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdə açıqlayıb.“Bildirmişdik ki, martın 18-də Milli Döyüş Təyyarəmiz anqardan çıxarılacaq. Bu gün o, uçuş-enmə zolağındadır”, - o qeyd edib. Facebook-da paylaş