Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər sürətləndirilib

20-03-2023, 11:34           
Türkiyədə qaz qovşağının yaradılması üzrə işlər sürətləndirilib
Türkiyə beynəlxalq qaz ticarət mərkəzinin tikintisi layihəsini sürətlə həyata keçirməyə çalışır.

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Balıkesir vilayətində çıxışı zamanı bildirib.

“Biz ölkəmizi təbii qazın istehsalı, nəqli və ticarəti mərkəzinə çevirmək istiqamətində sürətlə irəliləyirik. Biz həm boru kəmərlərimizi, həm də qaz anbarlarımızı inkişaf etdiririk”, - Türkiyə Prezidenti bəyan edib.

Məlumata görə, Türkiyədə beynəlxalq qaz qovşağının tikintisi artıq yekun mərhələyə qədəm qoyub.
Ölkənin energetika naziri Fatih Dönməz fevral ayında ölkədə baş verən zəlzələdən əvvəl bildirmişdi ki, bu mərkəzdə ilk ticarət əməliyyatı cari ildə keçiriləcək. Qovşağın tikintisində iştirakla bağlı bir sıra ölkələrlə danışıqlar aparılıb. “Bu məsələni müzakirə etdiyimiz bütün dövlətlərin nümayəndələri layihəni dəstəkləməyə hazır olduqlarını bəyan ediblər”, - nazir vurğulayıb.

Nazir bir il ərzində qaz qovşağını işə sala biləcəklərinə ümid etdiyini deyib.

Mənbə: Anadolu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru