Qazaxıstandakı seçkilərin rəsmi nəticəsi açıqlandı

21-03-2023, 09:14           
Qazaxıstandakı seçkilərin rəsmi nəticəsi açıqlandı
Qazaxıstanın ən böyük siyasi partiyası “Amanat” Məclis (parlamentin aşağı palatası) üçün keçirilən növbədənkənar seçkilərdə səslərin əksəriyyətini qazanıb.

Teref.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib.

Qazaxıstan MSK-nın məlumatına görə, beş partiya Məclisə daxil olmaq üçün beş faizlik baryeri keçə bilib. Səslərin 53,9 faizini “Amanat” toplayıb. İkinci yeri 10,9 faizlə “Aul”, üçüncü yeri isə 8,41 faiz səslə “Ak Jol” partiyaları əldə ediblər.

Parlamentin aşağı palatasına həmçinin seçkilərdə 6,8 faiz səs yığan Qazaxıstan Xalq Partiyası, 6,59 faiz səs toplayan “Respublika” Partiyası və 5,2 faiz səs toplayan müxalif Ümummilli Sosial Demokrat Partiyası da daxil olub.

Seçicilərin 3,9%-i bütün partiya və namizədlərin əleyhinə səs veriblər./Oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru