Türkiyədə prezidentliyə namizəd olan azərbaycanlı kimdir? — BİOQRAFİYASI (FOTOLAR)

21-03-2023, 08:28           
Türkiyədə prezidentliyə namizəd olan azərbaycanlı kimdir? — BİOQRAFİYASI (FOTOLAR)
Türkiyədə namizədlərin qeydə alınması prosesinə start verilib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq müraciət edənlər var.

Növbəti 5 ildə Türkiyəni idarə etmək iddiasında olanlardan biri də azərbaycanlıdır.

Belə ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan bu gün Ali Seçki Komissiyasına prezidentliyə namizədliyinin qeydə alınması ilə bağlı rəsmi müraciət edib.

Xatırladaq ki, sabiq millət vəkili Sinan Oğan Azərbaycan kökənlidir. O, 1967-ci ildə Naxçıvanla sərhəddə yerləşən İğdır bölgəsində anadan olub.

Sinan Oğan bir neçə il Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsindən çalışıb.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru