Türkiyənin üç yüksək vəzifəli şəxsinə Azərbaycanın yubiley medalları təqdim olunub

22-03-2023, 08:31           
Türkiyənin üç yüksək vəzifəli şəxsinə Azərbaycanın yubiley medalları təqdim olunub
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərinə səfəri çərçivəsində bu ölkənin üç yüksək vəzifəli şəxsinə Azərbaycan Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.

“Report”un Ankara bürosunun məlumatına görə, İnzibati Kollegiyanın sədri səfər çərçivəsində Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri Mehmet Akarca, Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) sədri Zeki Yiğit və ölkənin Baş prokuroru Bekir Şahinlə görüşlər keçirib.

Görüşlərdə iki qardaş ölkənin məhkəmələrinin, xüsusilə də inzibati məhkəmələrinin təcrübəsi və qarşılıqlı əməkdaşlığının perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi və bu münasibətlərin daha da genişlənməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.
X.Məmmədov Türkiyə məhkəmə sisteminin hər üç yüksək vəzifəli şəxsinə Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib.

Görüşlərdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.