Ərdoğan israilli həmkarı ilə telefonla danışdı

9-04-2023, 10:14           
Ərdoğan israilli həmkarı ilə telefonla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

İsraildə artan gərginliyin müzakirə edildiyi görüşdə Ərdoğan “ədalətli və davamlı sülh üçün üzərinə düşəni etməyə hazır” olduğunu bildirib.

Türkiyə lideri Ramazan ayı və Pasxaya təsadüf edilən bu həssas dövrdə Qəzza və Livanda gərginliyin artmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.
Anadolu agentliyi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.