Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır

10-04-2023, 09:44           
Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır
Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi - “TCG Anadolu” xidmətə başlayır.

Gəmi orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

Ötən il gəminin sınaqları həyata keçirilib.

"TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.

Anadolu agentliyi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.