Ərdoğan jurnalistlərə şokolad payladı – VİDEO

21-04-2023, 23:07           
Ərdoğan jurnalistlərə şokolad payladı – VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə şokolad paylayıb.

Dövlət başçısının media əməkdaşlarından birinə “Qız, gəl bunu heç yerdə tapa bilməzsən. Bax bu tünd, bu da südlü” deməsi gündəm olub.

Məlumata görə, prezident bu gün İstanbuldakı Ayasofya məscidində bayram namazı qılıb. O, mərasimdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan açıqlamalarından sonra jurnalistlərə şokolad və şirniyyat təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru