“Qatil tutuquşu” körpəsini öldürərək yedi: Türkiyə sakini gördüyü mənzərədən şoka düşdü

23-04-2023, 11:19           
“Qatil tutuquşu” körpəsini öldürərək yedi: Türkiyə sakini gördüyü mənzərədən şoka düşdü
Hiperaktiv olduqlarına və ətraflarına sevinc yaydıqlarına görə sevilən, şirin görünüşləri ilə tanınan tutuquşular stres yaşadıqları zaman vəhşi instinktlərinə qayıda bilirlər.

Türkiyədə “YouTube” kanalında quşlarının gündəlik vəziyyətləri ilə bağlı paylaşımlar edən Refik Karadeli adlı şəxs bu barədə acı təcrübəsini yayımlayıb.

O bildirib ki, quşların qəfəsini açdığı zaman gördüyü mənzərədən şoka düşüb.

Qəfəsi açdığı zaman yumurtadan yeni çıxan quşlardan birinin hərəkətsiz qaldığını görüb. Körpə tutuquşunun ayaqları dimdiklənmiş və bir hissəsi yeyilmiş halda olub.

“Hazırda həqiqətən şokdayam, qəfəsdə dəhşətli mənzərə gördüm. Bu quşlar körpə quşun ayaqlarını yeyiblər”, - deyə o bildirib.




Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.