Türkiyədə bir-birini Ramazan bayramı münasibəti ilə təbrik edən şəxslər arasında kütləvi dava düşdü - VİDEO

23-04-2023, 11:49           
Türkiyədə bir-birini Ramazan bayramı münasibəti ilə təbrik edən şəxslər arasında kütləvi dava düşdü - VİDEO
Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda Ramazan bayramı münasibəti ilə bir-birini təbrik edən şəxslər arasında gözlənilmədən kütləvi dava düşüb.

Hadisə şahidlərindən biri təxminən 50 nəfər kişinin iştirak etdiyi kütləvi davanı qeydə alaraq sosial şəbəkələrdə paylaşıb.

İnsident nəticəsində üç nəfər dava iştirakçısının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Polis davada iştirak edən yeddi nəfəri saxlayıb. İnsidentin detalları araşdırılır.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru