"Çox ağır nəticələr verəcək!" — Ülkücülərdən gey-parad təşkilatçılarına sərt xəbərdarlıq (VİDEO)

15-06-2016, 10:37           

Türkiyədə ülkücülər İstanbulda yürüş keçirmək istəyən geylərə sərt xəbərdarlıq ediblər.

Ölkə.Az xəbər verir ki, milliyətçi Alpərən Ocaqları təşkilatının İstanbul şöbəsinin başqanı Gürşad Mican yaydığı bəyanatda Taksimdə gey-paradın keçirilməsini sərt şəkildə pisləyib və bunun təşkilatçılarına xəbərdarlıq edib.

"Rəcəb, Şaban və Ramazan kimi mübarək aylarda belə yığıncaq və yürüşlər keçirmək istəyənlərə sözüm budur ki, belə addımlar ağır nəticələr verə bilər və bunun məsuliyyəti də yalnız bu tədbiri təşkil edənlərin üzərinə düşəcəkdir. Bizim bu gey-parada reaksiyamız çox sərt olacaq və biz İstanbulun göbəyində belə biabırçılığa yol verməyəcəyik",- deyə Alpərən Ocaqları başkanı bildirib.
[media=https://www.youtube.com/watch?v=DM5fAidw138]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru