Türkiyədə 81 yaşlı kişi ali məktəb imtahanına qatıldı

17-07-2023, 12:54           
Türkiyədə 81 yaşlı kişi ali məktəb imtahanına qatıldı
Amasiyada iki illik ilahiyyat fakültəsini bitirən Yaşar Aktaş Birbaşa Transfer İmtahanı (DGS) verib.

81 yaşlı kişi “Qəbirə qədər oxuyacağam”, - deyib.

Üç övladı və səkkiz nəvəsi dosent olan Aktaş Amasiyadakı imtahana çomaqla gəlib. O, imtahandan sonra prosesin yaxşı keçdiyini, riyaziyyatdan bir qədər çətinlik çəkdiyini, şifahi sahədə heç bir çətinliyi olmadığını bildirib.
“1970-ci ildə oxumağa başladım və hələ də oxuyuram. Mənim məqsədim dörd illik ilahiyyat fakültəsidir. Gənclərə oxumağı tövsiyə edirəm, ancaq diplom üçün yox. Mən istəyirəm ki, gənclər savadlı olmaq üçün oxusunlar. Bu yaşımda hələ də öyrənməyə çalışıram. Çox qərarlıyam, uzanaraq, sürünərək də gəlib burada imtahan verəcəyəm. Məzaradək oxuyacağam. Mənim məqsədim ölənə qədər oxumaqdır”, - ağsaqqal qeyd edib.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.