Ərdoğan körfəz ölkələrinə səfərə yola düşür

17-07-2023, 08:59           
Ərdoğan körfəz ölkələrinə səfərə yola düşür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-də körfəz ölkələrinə 50 milyard dollardan çox investisiya sazişinin imzalanması ilə nəticələnəcək üç günlük səfərə yola düşür.
Modern.az “TRT Haber”ə istinadla bildirir ki, səfərdə Türkiyə Prezidentini 200-ə yaxın iş adamı müşayiət edəcək.
Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlardan əlavə, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası tərəfindən bu dövlətlərdə təşkil olunacaq biznes forumlarda iştirak edəcək. Görüşlərin nəticələrinə əsasən tikinti-podrat sektorunda, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm və kənd təsərrüfatı sahələrində müqavilələrin bağlanması planlaşdırılır. Danışıqlarda, həmçinin müdafiə sənayesində əməkdaşlıq məsələləri də müzakirə olunacaq.
“A Haber” telekanalında iyulun 16-da çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz konkret razılaşmalara ümid etdiyini bildirib. "Söhbət həm iki ölkədə, həm də üçüncü ölkədə uzunmüddətli layihələrdən gedir.

Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə gələcəkdə yatırılacaq. Biz təsirli rəqəmlər gözləyirik”, - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.