AB Türkiyə ilə bağlı addım atmaq niyyətində deyil

17-07-2023, 15:04           
AB Türkiyə ilə bağlı addım atmaq niyyətində deyil
AB Türkiyənin üzvlük prosesini irəli aparmaq üçün heç bir addım atmaq niyyətində olmadığını gizlətmir, indi hər şey Ankaranın siyasətindən asılıdır.
Aktual.az xəbər verir ki, bu barədə "Hürriyyət” qəzeti məlumat yayıb.
"Türkiyə AB üzvlüyünün strateji məqsəd olduğunu bəyan etməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Türkiyə Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər. Ankaranın NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Türkiyə ilə AB arasında uzun müddətdir "donan” münasibətlərin canlandırılması ilə bağlı müzakirələri gücləndirib. Bu müzakirənin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı ilk siqnallar cümə axşamı AB xarici işlər nazirlərinin görüşündə veriləcək”, - məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru