Aİ Türkiyəni aldadır: Ankara hansı addımı atacaq?

17-07-2023, 16:27           
Aİ Türkiyəni aldadır: Ankara hansı addımı atacaq?
Avropa İttifaqı Türkiyənin üzvlük prosesini irəli aparmaq üçün heç bir addım atmaq niyyətində olmadığını gizlətmir, indi hər şey Ankaranın gələcək addımlarından asılıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyənin "Hürriyət" qəzeti yazır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya Türkiyə Aİ-yə qəbul edildikdən sonra üzv ola biləcəyini söyləyib.

“Türkiyə Aİ üzvlüyünün strateji məqsəd olduğunu söyləməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Aİ indiki şəraitdə bu istiqamətdə heç bir addım atmaq niyyətində deyil və bu faktı gizlətmir. Məhz Türkiyənin gələcək addımları Brüsseli irəliləyiş əldə etməyə sövq edə bilər”, - nəşr yazır.

Qeyd olunur ki, Ankaranın NATO-nun Vilnüs sammiti ərəfəsində verdiyi mesajlar Türkiyə ilə Aİ arasında uzun müddətdir ciddi dəyişikliklərin baş vermədiyi münasibətlərin canlandırılması ilə bağlı müzakirələri gücləndirib.

Türkiyə 1963-cü ildə Aİ ilə (o zaman - AET) assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb. İndi danışıqlar dosyesinin 35 fəslindən 16-sı açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.