Sosial media fenomeninin atası:”Zəlzələ bölgəsinə reklam üçün kömək edib”

22-07-2023, 08:34           
Sosial media fenomeninin atası:”Zəlzələ bölgəsinə reklam üçün kömək edib”
“Zəlzələ bölgəsinə reklam üçün kömək edib”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri sosial media fenomeni Burak Özdemirin atası oğlu barəsində danışarkən deyib.

Belə ki, sosial media fenomen bir müddət əvvəl atası tərəfindən aldadıldığını iddia edərək onu polisə şikayət edib.
İddialardan sonra onun atası ” Kanal D” -ə danışaraq oğlunu qınayıb.

Özdemir dələduzluq iddiasını qətiyyətlə rədd edərək, “Bunun fırıldaqla heç bir əlaqəsi yoxdur. O, həmişə zəlzələ bölgəsində reklamlar üçün yardım edib, ürəkdən etməyib. Anasının genini alıb atasına düşmənçilik edir. Sosial mediasını da mən təmin etmişdim, 2 il əvvələ qədər Burak deyə bir şey yox idi” , – deyə o bildirib.

Xatırladaq ki, CZN Burak bu yaxınlarda verdiyi açıqlamada atası tərəfindən aldadıldığını və adının hallandığı restoranlarla bütün əlaqələrini kəsdiyini bildirib. Xaricdə müxtəlif yerlərdə məkanlar tapan CZN Burak avtomobillərini sataraq ilk məkanını İstanbulda açacağını bildirib.

Qeyd edək ki, fenomenin anası bir müddət bundan öncə rüşvət aldığı iddiası ilə mühakimə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru