Türkiyədə yenidən zəlzələ baş verdi 22-07-2023, 09:04 Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib. Teref.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb. Məlumata əsasən, zəlzələ Kahramanmaraşın Elbistan rayonunda yerli vaxtla saat 15:23-də baş verib.Nəticədə ciddi ziyan dəymiş 5 mərtəbəli bina dağılıb.Binanın uçması ətrafdakı vətəndaşlarda qorxu yaradıb.Ölənlərin olub-olmaması ilə bağlı hələlik məlumat verilməyib.Qeyd edək ki, zəlzələ yerin 5,55 kilometr dərinliyində hiss olunub. Facebook-da paylaş