Türkiyənin məşhur aktrisası evlənir: Toy tarixi məlum oldu - FOTO

22-07-2023, 08:32           
Türkiyənin məşhur aktrisası evlənir: Toy tarixi məlum oldu - FOTO
“Eşkiya dünyaya hökmdar olmaz” serialındakı Meryem Çakırbeyli obrazı ilə hər kəsin qəlbinə yol tapan Deniz Çakır ərə getməyə hazırlaşır.

Bu barədə jurnalist Birsen Altuntaş aktrisaya yaxın mənbəyə istinadla xəbər verib.

Bildirilir ki, şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Çakır bir ilə yaxındır birlikdə olduğu IT mütəxəssisi Bilgehan Baykalla evlənmək qərarına gəlib. Cütlük sentyabrın 10-da Kəmərburqazda nikah masasına əyləşəcəklər.

Qeyd edək ki, “Yaprak dökümü” serialındakı Ferhunde rolu ilə məşhurlaşan aktrisa, “İffet”, “Muhteşem Yüzyıl”, “Yasak”, “Vurgun”, “Masumiyet” və sair seriallardakı rolları ilə də adından söz etdirib.





Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.