Türkiyə düşmənlərinə skandal dəstək – General bölgəyə göndərildi

23-08-2023, 18:00           
Türkiyə düşmənlərinə skandal dəstək – General bölgəyə göndərildi
Ötən həftə Türkiyə sərhədindəki Qamışlıda PKK/YPG terror təşkilatı ilə təlim keçirən ABŞ-dan növbəti diqqətçəkən addım gəlib.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla PKK/YPG-nin İŞİD terrorçularının ailələrini saxladığı Suriyadakı Xol və Roj düşərgələrinə baş çəkib.

CENTCOM-dan verilən açıqlamada Kurillanın avqustun 21-də Suriyaya səfər etdiyi və adıçəkilən iki düşərgəyə getdiyi bildirilib.

Kurillanın düşərgələrin “rəhbərlik”ləri və orada saxlanılan şəxslərlə görüşünə diqqət çəkilərək, amerikalı generalın oradakı humanitar vəziyyətə, düşərgələrin təhlükəsizliyinin artırılması səylərinə və reabilitasiya proseslərinə nəzər yetirdiyi deyilib.

Kurillanın düşərgələrdə olanların öz ölkələrinə qaytarılması üçün çalışdıqlarını və bunun bölgədəki təhlükəsizlik problemlərini azaldacağı qeyd edilib.

Açıqlamada Suriyada SDQ adından istifadə edən PKK/YPG ilə əməkdaşlığın önəminə də diqqət çəkilərək, Kurillanın bu terror təşkilatının liderləri ilə də görüşdüyü bildirilib.

CENTCOM komandiri bir neçə ay əvvəl də Suriya səfərində terrorçularla görüşmüşdü. Kurilla onlarla görüşündə Türkiyənin Suriya əməliyyatının qarşısının alınmalı olduğunu vurğulamışdı.

“Buradakı gərginliyi azaltmaq və Türkiyənin hücumunun qarşısını almaq üçün edə biləcəyimiz hər şey çox vacibdir”, - general demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.