Türkiyədə dənizdə istirahət edən insanların fonunda meşə yanğını - VİDEO

24-08-2023, 13:14           
Türkiyədə dənizdə istirahət edən insanların fonunda meşə yanğını - VİDEO
Türkiyənin Çanaqqala vilayətində dünən günorta saatlarında başlayan meşə yanğınları 1 500 hektar ərazini əhatə edib.

Meşə yanğınları Çanaqqalada dənizlə qovuşan meşəlik əraziyə qədər irəliləyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə dənizə üz tutan insanların fonunda meşələrdən səmaya ucalan qara tüstünün görüntüsü əks olunur.

Qeyd olunur ki, insanla təhlükəyə rəğmən isti havalarda dənizə axışaraq sərinlənməyə çalışırlar.
Qeyd olunur ki, alovla mübarizə aparan qruplar yanğını mühasirəyə alsa da, alov bəzi nöqtələrdə hələ də tüğyan etməkdədir.

Meşə yanğınları ilə mübarizəyə 2 min 659 yanğınsöndürən, səkkiz təyyarə, 26 helikopter cəlb edilib.
Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru