Lirə sürətlə bahalaşır - Davamlı olacaq?

25-08-2023, 10:20           
Lirə sürətlə bahalaşır - Davamlı olacaq?
"Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm".

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib. Ekspert həmçinin əlavə edib:

"Səbəb aydındır - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldıması Lirəyə psixoloji təzyiqi azaltmış və Lirə dəyər qazanmışdır. Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır. Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq və lirənin əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru