Türkiyəli nazir İstanbulda zəlzələ olacağı halda təxliyə üçün istifadə ediləcək marşrutları açıqladı - FOTO

26-08-2023, 10:58           
Türkiyəli nazir İstanbulda zəlzələ olacağı halda təxliyə üçün istifadə ediləcək marşrutları açıqladı - FOTO
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda baş verə biləcək zəlzələdən sonra təxliyə planı ilə bağlı danışıb.

O, bu barədə qəzet və televiziyaların Ankara təmsilçiləri və xəbər direktorları ilə görüşdə məlumat verib.

Nazir zəlzələ olacağı halda istifadə ediləcək iki marşruta diqqət çəkib.

Abdulkadir Uraloğlu əvvəlcə İstanbulda zəlzələ ehtimalı ilə bağlı nazirliyin gördüyü işlərdən bəhs edib.

“İstanbuldakı iki körpümüzün asma iplərindən birini yenilədik. 15 iyulda və Fatih Sultan Mehmet körpüsündə işlər davam etdirilir. Körpüləri saxlayan asma ipləri yeniləyirik və müntəzəm olaraq yoxlama işləri aparırıq. Xüsusilə də magistral yollar üzərindəki körpülərin zəlzələyə qarşı möhkəmləndirilməsini həyata keçiririk. Hazırda İstanbulda bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyə o bildirib.
Abdulkadir Uraloğlu Şimali Mərmərə şosesinin İstanbulun aorta damarı olduğuna diqqət çəkib.

“Kınalı-Malkara dediyimiz Çanaqqala istiqamətindən təxliyə və təcili yardım işlərini təmin edəcəyik. Eyni şəkildə Osmanqazi körpüsündən və Şimal Marmara şosesindən də bunlar təmin olunacaq. İstanbulla bağlı təxliyə planımız var”, - deyə o qeyd edib.

Mənbə: Milliyet.com.tr












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.