Düşməni qorxuya salan türk robotları: Pilləkən qalxır, üzür, müşahidə aparır - VİDEO

26-08-2023, 15:04           
Düşməni qorxuya salan türk robotları: Pilləkən qalxır, üzür, müşahidə aparır - VİDEO
Türkiyənin hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması və tətbiqi sahəsində daha bir nailiyyət ortaya qoyub.

KONKRET.az xəbər verir ki, ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter səhifəsindən “ACROB” pilotsuz yerüstü maşınların (insansız kara araçları-İKA) quru qoşunlarının silahlanmasına daxil edildiyini açıqlayıb.

Məlumatda deyilir ki, “Acrob” İKA-ları döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru