SƏMƏRQƏND KLANI HAKİMİYYƏTİ ƏLİNDƏ CƏMLƏYİR…

28-08-2023, 12:54           
SƏMƏRQƏND KLANI HAKİMİYYƏTİ ƏLİNDƏ CƏMLƏYİR…
Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qızını prezident müşaviri vəzifəsinə gətirməsi Hakimiyyət daxilində böyük dəyişikliklərdən xəbər verir. Səidənin 38 yaşı var. O, prezidentin böyük qızıdır. Özbəkistan Respublikasının Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə bakalavr, Daşkənd Dövlət Hüquq Universitetində hüquq, Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Bu vəzifəyə gətirilməzdən öncədə Səidə Mirziyoyevanın güc strukturunda mövqelərinin gücləndiyini müşahidə etmək olardı. Əvvəlki prezident İslam Kərimovun dövründə nə Qazaxıstanda, nə də Özbəkistanda belə bir ssenarinin keçmədiyini nəzərə alsaq, Özbəkistanda belə ssenari üzrə tranzit mümkündürmü? Əvvəla, ona diqqət yetirmək lazımdır ki, Şavkat Mirziyoyev hələ heç yerə getmir. Bu yaxınlarda dəyişdirilmiş konstitusiyaya görə, o, daha iki müddətə seçilə bilər. Ancaq nəzəri olaraq, belə bir tranzit gələcəkdə mümkündür…

Bir tərəfdən bu onu göstərə bilər ki, Şavkat Mirziyoyev öz aparatını tam arxayın olduğu və bir tərəfdən məqsədlərinin formalaşdırılması üçün təkcə inzibati deyil, həm də məsuliyyətli siyasi işlərlə məşğul ola biləcək şəxsə həvalə etməyə hazırdır. Digər tərəfdən, bu hadisə Şərqdə azad qadının yeni obrazını formalaşdığını göstərə bilər. Yəni, qadınların Özbəkistan cəmiyyətində, o cümlədən siyasətdə rolunun artdığına dair siqnallar vermək. Lakin mən düşünürəm ki, Şavkat Mirziyoyev ondan öncəki İslam Kərimov hadisəsindən böyük bir dərs çıxarıb. Çünki Kərimovun qızı Gülnarə Kərimova zaman-zaman nəzarətdən çıxaraq müstəqil oyunçu olmağa can atırdı. Görünür Şavkat Mirziyoyev Səidəni həmdə öz nəzarətində saxlamaq üçün bu təyinata ehtiyac duyub…

Ayrıca Sardor Umurzakovun Prezident Administrasiyası Rəhbərliyindən göndərilməsidə önəmli hadisədir. Ola bilsin ki, Mirziyoyev Umurzakovun yerli strukturların, birbaşa ona tabe olan departamentlərin yaradılması təşəbbüsü ilə çıxış etməsindən şübhələnib. Bu, hakimiyyət şaquli strukturunun mövcud strukturla yanaşı paralel strukturunun yaradılması kimi görünə bilər. Və yəqin ki, Mirziyoyev daxildə, idarəçilik sisteminin düşərgəsində mümkün parçalanmalardan qorxub. Birbaşa, təbii ki, heç kim ona qarşı çıxa bilməz, çünki o, bütün güc orqanlarına nəzarət edir və onları işə sala bilir. Lakin bir faktı vurğulamaq lazımdır ki, hakimiyyət daxilində bir çox siyasi qruplar Mirziyoyevin idarəçiliyindən məmnun deyil və bir çoxlarında hakimiyyət iştahı böyüməkdədir…

P.S. Moskvada gedən hakimiyyət uğrundakı savaş keçmiş post-sovet ölkələrinin daxilindəki siyasi qruplaşmalar üçündə böyük savaşın başlamasına yaşıl işıq yandırdı…

Pərviz Əliyev, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.