Türkiyədə ikinci evi almaq istəyənlərə MÜJDƏ

28-08-2023, 11:48           
Türkiyədə ikinci evi almaq istəyənlərə MÜJDƏ
Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) verdiyi yeni qərarla ikinci evini alacaq vətəndaşların kreditlərində dəyişiklik edilib.

Cebhe.info xəbər verir ki, Türkiyədə yeni addım mənzil kreditləri ilə bağlı olub.

İkinci evini almaq istəyən istehlakçılara kredit limiti təbiq edilir. İndi ikinci evi almaq istəyənlər daha çox ilkin ödəniş etməlidirlər.

Bu barədə qərarı Bank Tənzimləmə və Nəzarəti Agentliyi açıqlayıb. İstehlakçılar, özünün həyat yoldaşı və ya 18 yaşından kiçik uşağının adına ev varsa, ikinci ev üçün daha az kreditdən istifadə edə biləcək.

Kreditin məbləği əvvəlkindən 75 % az olacaq. İlk evini alanlara kredit limiti tətbiq edilməyəcək. Qərar çərçivəsində, 5 milyon lirəyə qədər olan yeni evlərin 22,5 faizinə kredit veriləcək. Bu 5 ilə 10 milyon lirə arasında olan sıfır evlər üçün bu nisbət 20 faiz olacaq.
İkinci ev alarkən ikinci əl evlərə üstünlük verən insanlar üçün də qiymətlər aşağı salınıb. Belə ki, 1 milyon lirədən az olan ikinci əl evlərin 22,5 faizinə qədər kredit ala biləcək.

Digər tərəfdən, 1 ilə 2 milyon lirə arasında olan ikinci əl evlərin 17,5 faizinə kreditlə götürülə bilər.

Risk çəkisinin tənzimlənməsi banklara da gəldi. İkinci mənzil üçün kredit verən banklarda risk çəkisi yüksək olacaq. Yəni 150 faiz olaraq tətbiq olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.