Türkiyə ordusunun hərbi qulluqçusu İraqın şimalında şəhid olub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib. Hərbçi avtomobil qəzası nəticəsində həlak olub. Baş Çavuş Buğra Çalqayın “Pəncə Kilid” əməliyyat bölgəsində şəhid olduğu bildirilir.