Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-ni ötüb

30-08-2023, 10:50           
Türkiyədə Özbəkistan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 50-ni ötüb
2023-ci ilin iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 56 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Özbəkistan şirkətlərinin sayının azalması ilə bərabər, onların ümumi kapitalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 26,9 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 33,2 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (47) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 12,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 30 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.