Səlcuq Bayraktar TEKNOFEST sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib.

31-08-2023, 09:04           
Səlcuq Bayraktar TEKNOFEST sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib.
Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar TEKNOFEST sərgisinin yenidən Azərbaycanda keçiriləcəyini deyib.
“Qarabağdakı qələbədən sonra biz Azərbaycanda böyük TEKNOFEST festivalı keçirdik. Yaxın vaxtlarda bunu təkrarlamağı planlaşdırırıq” – deyən Bayraktar Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bu Azərbaycan üçün hərbi nöqteyi nəzərdən, o cümlədən hərbi-sənaye kompleksin inkişafına təkan verməklə yanaşı siyasi baxımdan da əhəmiyyətlidir. Türkiyənin hazırki Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bayraqdarı gələcək varisi kimi siyasətdə irəli çəkəcəksə, ölkəsinin gələcək liderliyinə iddialı olacaq şəxsin texnoloji çalışmalarına indidən ortaq olmağa ehtiyac var.
Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə bu gün paytaxt Ankarada TEKNOFEST sərgisində Bayraqdarın çıxışını on minlərlə insan dinləyirdi, onun hər sərgisinə isə milyonlarla insan qatılır. Bu böyük gücdür.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.