İranlı ağır atlet israilli rəqibinin əlini sıxdığına görə cəzalandı - FOTO

31-08-2023, 13:09           
İranlı ağır atlet israilli rəqibinin əlini sıxdığına görə cəzalandı - FOTO
İranlı idmançı Mustafa Rəcayi Ləngərudi Polşanın ev sahibliyi etdiyi ağır atletika üzrə keçirilən yarışda israilli rəqibinin əlini sıxdığına görə ömürlük idmandan uzaqlaşdırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Belə ki, iranlı və israilli idmançıların eyni platformada olmasını əks etdirən fotonun yayılması İranın Ağır Atletika Federasiyasının qəzəbinə səbəb olub.

Fotoların birində Mustafa Ləngərudinin israilli rəqibi ilə gülər üzlə və əl-ələ tutaraq söhbət etməsindən sonra federasiya bəyanat yayıb:
“Siyasi mövqeyimiz İran hökumətinin müqəddəs quruluşuna uyğundur və günahkar idmançının bütün idman növlərində iştirakına ömürlük qadağa qoyulmasından əlavə, bu işdə bütün təqsirkarlara qarşı ciddi və qəti tədbir görüləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru