Tehranda daha bir fəal həbs edilib

1-09-2023, 12:14           
Tehranda daha bir fəal həbs edilib
Tehran sakini olan türk fəal Afşin Nəzirinin avqustun 29-da bu şəhərdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin Həbsxanasına aparıldığı bildirilir.

Afşin Nəzirinin bacısının İnstagram hesabında paylaşdığı məlumata görə, avqustun 29-da 5 mülki geyimli təhlükəsizlik işçisi səhər saat 6 civarında azərbaycanlı fəalın evinə daxil olaraq onu həbs edib.

Təhlükəsizlik qüvvələri ailəsinə bildiriblər ki, onun 10 gün müddətinə kimsə ilə görüşməsi və əlaqə saxlaması qadağan edilib.

Afşin Nəziri barədə hələ ki, heç bir məlumat yoxdur və ailəsinə onunla əlaqə saxlamağa icazə verilmir.

Hələlik onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur. Lakin Urmiyə gölündə durumla bağlı etiraz aksiyalarına çağırış zamanı bir çox milli fəalın həbs indən sonra Afşin Nəzirinin də həbsinin Urmiyə gölü ilə bağlı olduğu ehtimal edilir.

Afşin Nəziri İran Azərbaycanının Qaradaq bölgəsinin Xudufərin mahalında anadan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru