“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verir” - Yaşar Gülər

1-09-2023, 18:54           
“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verir” - Yaşar Gülər
“Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla birgə Eskişəhərdəki Birinci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycan, Liviya, Kosovo, Qətər kimi dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək verir.
Y.Gülər həmçinin sərhədlərin müdafiəsinin lazımi şəkildə qorunduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.