Yeni mətbuat katibi təyin etdi

2-09-2023, 08:39           
Yeni mətbuat katibi təyin etdi
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov mətbuat katibi Kakageldi Çarıyardurdiyevi tutduğu vəzifədən azad edib.

Lent.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, Çarıyardurdıyev başqa vəzifəyə təyin olunması ilə əlaqədar postundan azad edilib.

Berdiməhəmmədov "Berketli Toprak" qəzetinin baş redaktoru vəzifəsində çalışmış Azat Cepbarovu Prezidentin yeni mətbuat katibi təyin edib.

Çarıyardurdiyev mətbuat katibi vəzifəsinə Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dövründə təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru